Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 10 сентября 2008 г.

«Yeni Azərbaycan» qəzeti

(müsahibədən parça)

Nə vaxtsa Sizinlə «Azadlıq» romanı barədə söhbət edirdik. Və siz çox təəssüflə bildirdiniz ki, bu əsərə görə müxalifət sizi iqtidarın adamı hesab edir, iqtidar da müxalifətin. Amma deyəsən, son çıxışlarınız, xüsusilə də prezident İlham Əliyevə ünvanladığınız müraciət konkret mövqeyinizi üzə çıxardı...
Açığı mövqeyimi belə rəsmi şəkildə bildirmək istəmirdim. Son hadisələr baş verməsəydi, mən yenə kimə səs verdiyimi, yaxud münasibətimi bildirməyəcəkdim. Fikrimcə, ziyalılar siyasətdən kənarda, neytral ərazilərdə qalmalıdırlar ki, dövlətin rəhbəri onların hardasa yaxınlıqda olduğunu varlığını duysun və fəaliyyətində daha məsuliyyətli olsun. Bu gün mən yenə həmin o yerimdə dayanmışam. Və heç bir vəchlə çoxlarının «yuxarılar» hesab etdiyi yerlərə enmək fikrim yoxdur.
Sualı əlavə edin. (A.M.)
Bilirsiz, bax bu gün hamı fəxrlə İlham Əliyevi dünya siyasətində atasının davamçısı kimi təqdim edir. Fikrimcə onlar tamamilə müxtəlifdir. Həm siyasətdə, həm təbiətcə. Hətta zahiri görünüşləri də bir-birinə bənzəmir.
Burda Məhəmməd Peyğəmbərin övladlar barədə dediyi gözəl bir kəlamı yada düşür. Məhəmməd Peyğəmbər deyir ki, övladlarınızın pis, yaxud yaxşı olmağına görə fikir eləməyin. Onlar sizdən olmayan, tamamilə ayrı, yad ruhlardır. Onların yolunda əziyyət çəkməyin. Əgər onlar pis ruhlardırsa, pis olaraq qalacaqlar, yox, əgər yaxşı ruhlardırsa, yenə əziyyət çəkməyin, onlar həyatda öz yerlərini tapacaqlar...
İndi bax, mən həmin bu bir-birinə aid olmayan ata-oğulu görürəm. Onların hər ikisi siyasət adamıdır. Biri - artıq beynəlxalq siyasətdə öz nüfuzu, bioqrafiyası olan təcrübəli dövlət xadimi, digəri - dünya siyasətinə yenicə qədəm qoymuş, müasir düşüncəli, demokrat xislətli, daxili azadlığını bütün rəsmiyyətin içindən ustalıqla keçirib özündə saxlaya bilən bir adamdır. Heydər Əliyev gözəl siyasətçi idi, fenomenal şəxsiyyət idi. Amma, titullu adamların, xüsusən görkəmli ziyalıların onun yanında rəzil görkəm alması, miskin yarınma arzusunu görəndə, bütün xalq sarsılır, özünü dünyanın ən rəzil xalqı hiss edir. Və burda dərin həqiqət var. Ziyalısı miskin olan xalq, həqiqətən miskindi və yaşamağa layiq deyil. Ziyalılarımızı bu vəziyyətdə görəndə həmişə fikirləşirəm ki, axı niyə bu əslindəözündənrazı adamlar Heydər Əliyevin yanın bu günə düşürlər?.. Onlar ki, dövlətdən bütün istədiklərini alıblar... Fəxri adları, vəzifələri, az qala o dünyaya köçməmişdən, fəxri xiyabanda yerlərini də. Amma yenə kölə vəziyyətindən çıxa bilmirlər. Olsun ki, onların bu vəziyyətdə Heydər Əliyevin əzəməti saxlayırdı. Necəsə təbii şəkildə onların məzmunsuzluğunu üzə çıxarırdı. İlham Əliyevin ətrafında isə bu, baş vermir. Olsun ki, bu adamları kifayət qədər yaxşı tanıyan prezidentin onara yazığı gəlir.
Məhz bu hadisələr zamanı cəmiyyətdə ziyalı sözünün, mövqeyinin boşluğunu və yaxud da yoxluğunu hiss elədinizmi?
Bu, bilirsiniz nədən irəli gəlir? O adamların danışmağa bəlkə daha sözləri yoxdur. Çünki arxada qoyduğumuz bu bir neçə ildə həmin adamlar yerli-yersiz o qədər söz deyib, o qədər danışıblar ki, hər şeyə o qədər münasibət bildiriblər ki...
Və təəssüf ki, həmin iğtişaşı təşkil edən və hadisələrin birbaşa iştirakçısı olan adamların cəzalandırılmasını tələb etmək əvəzinə onları dəstəkləyən, onların hüquqlarım qorumağa çalışan ziyalılarımız da var...
Bəli, çayın o üzündə mənim, şəxsiyyətini, yaradıcılığım çox sevdiyim ləyaqətli insanlar - mənim dostlarım da var. Mən o adamlarla sənət baxımından, elə ilahi ərazilərdə bağlıyam ki, heç bir siyasi gərginlik, heç bir baxış bu münasibətlərə kölgə sala bilməz və inanıram ki, nə vaxtsa onlarla bu ərazilərdə də görüşəcəyik...

Комментариев нет:

Отправить комментарий