Hüriyyət qəzeti
2-3 noyabr 2000-ci il
«Həyat azadlığımı əlimdən alıb»
Bizim qadınlara məhdudiyyət qoymaq lazımdar.
Afaq xanım mənə elə gəlir ki, Siz öz fikirlərinizi, öz mahiyyətinizi bir qədər qəribə şəkildə, qeyri-standart formada, qəliz çatdırırsınız. Bunu nə ilə izah edərdiniz?
Məncə, heç bir qəlizlik yoxdu. Əksinə, çalışıram, fikirlərimi sadə dillə çatdırım. Mənim qısa esselərimin hər biri, əslində, bir hekayənin, romanın məğzidir. Yəni o fikirləri böyük həcmdə ifadə etmədən, təmiz söhbət edirəm.
Yəqin ki, bunlar müəyyən düşüncə tərzi olan adamlar üçündü?
Əslində, mən oxucu üçün yox, özüm-özümçün yazıram və bundan xüsusi bir enerji alıram. Mənim öz oxucum var. Geniş kütlə mənim yazılarımı başa da düşməz və mən özüm də onun malına çevrilməyə çalışmıram və hətta bundan qorxuram. Heç kimi də məni anlamağa məcbur etmirəm. Külli miqdarda kütlə ədəbiyyatı var, qoy oxuyub maariflənsinlər.
Yalnız başa düşən müəyyən təbəqə ilə bir növ söhbət etmək, dərdləşməkdi bu…
Elə bilirəm, əsərlərim, bu yazıları seçən oxucularımın dünya barədə təsəvvürlərini laxladır. Dünyanın rəngini, müəyyən dəyərləri dəyişir. Bunun əvəzində mən heç kimdən heç nə gözləmirəm. Nə maddi, nə də mənəvi mənada. Son vaxtlar yazılarımın, müəyyən oxucu dairəsinin zəruri qidasına çevrildiyini hiss edirəm.
Ətrafınızda olan adamlar kömək istəməsələr də hiss edirsiz ki, onların Sizə, sizin sözə ehtiyacı var. Belə anlarda Siz nə edirsiniz?
Mən adamlarla ünsiyyəti sevmirəm. Mənim öz qalam, daha doğrusu, İmperiyam var. Bu İmperiyanın görünməz və keçilməz sərhədlərindən içəri keçmək hər adama nəsib olmur. Adamlar var ki, içəri çox rahat daxil olurlar, adamlar da var ki, ora düşməkdən ötrü uzun illər yol gəlirlər. Çoxları isə Ora ümumiyyətlə düşə bilmir.
Onda belə demək olarmı ki, Siz bir qədər eqoistsiz?
Bəlkə də elədi. Amma mən özümü də, müəyyən mənada qorumalıyam. İctimai yerlərə gedəndən sonra bütün harmoniyamı itirirəm. Bilmirəm gecədi, gündüzdü, yaydı, qışdı, mən hardayam? Yəni daxili tarazılığım o qədər pozulur ki, sonra günlər və həftələrlə özümü əvvəlki halıma qaytarmaqla məğul oluram. Bu da həmişə alınmır. Bilmirəm, bunu eqoistlik adlandırmaq olarmı?
Hər hansı yazıçının əsərlərindən danışanda hansısa bir ideyanın, fikrin aparıcı xətti kimi onlarda ifadə olunduğunu deyirlər. Sizin əsərlərinizdə çatdırmaq istədiyiniz belə bir fikir varmı?
Mənim üçün hər an dəyərlər dəyişir. Bu saatda bir şeyi həqiqət kimi qəbul edirəm, bir saat sonra anladığım ayrı bir həqiqət əvvəlkini heçə çıxarır. Özü də bu proses çox sürətlə gedir. Seçdiyim mövzular da, üslüblar da müxtəlifdir. Dünyanı dərk etmək istəyən insan, ilk növbədə özünü dərk eləməli olduğunu anlamalıdı. Fəlsəfənin də, ədəbiyyatın da əlifbası budu. Bütün olub keçənlər və olacaqların hamısı əslində bizim hər birimizin şüuraltı yaddaşında var.
Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.
Haqqında yazılmış elmi işlər:
1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000
2. “Afaq Məsudun nəsri” – 2003
3. «Afaq Məsudun povestləri» - 2005
4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006
5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010
среда, 10 сентября 2008 г.
на 04:20
doqrudur,vessalam
ОтветитьУдалить