məmləkətin fədakar ideoloqu.
A. Məsud
Sosial - iqtisadi durumu il-ildən yaxşılaşan – yeni-yeni sənaye müəsissələri və iş yerləri açılan, unudulmuş, uzaq kəndlərinə şümal yollar salınan, işıq, qaz xəttləri çəkilib şəhərləri abadlaşdırılan ölkəmiz bütün bu nailiyyətləri ilə həm də nədənsə, başı pul qazanıb varlanmağa qarışdığından, kimliyini, mənliyini, qədim dədə-baba ojağını unudub itirmiş çevik biznesmenə bənzəyir.
Uzun illər sovet ideologiyasının basqısına məruz qalan xalqımızın müstəqillik və azadlıqla bağlı «mübhəm», «müqəddəs» arzularının nəhayət ki, çin olduğunu, ölkənin həqiqi müstəqilliyə, azadlığa qovuşduğunu gördüksə də, sevinjimiz uzun çəkməd. Göstəriş və şüarlara öyrəşmiş bizlər tam ideologiyasız, azad, sərbəst, ayrı sözlə desək, baxımsız yaşam tərzinin ağır fəsadları ilə üz-üzə qaldıq, «illərlə qəlblərimizdə qoruyub saxladığımız müqəddəs arzularımızın», sən demə milli-mənəvi müstəqillik, fikir, söz və sənət azadlığı yox, miskin maddi - fərdi azadlıq, qayğısız, rahat həyat əldə etmək naminə müxtəlif parametrlər və formatlar üzrə qazanmaq, varlanmaq niyyəti olduğunu anladıq.
Bəli, nə qədər qəribə də olsa, şanlı müstəqilliyə qədəm qoyulandan sonra ölkə boyu baş verənlər - jəmiyyətin müxtəlif zümrələrində görünən və görünməyən hadisələr və obrazlar bir daha təsdiq etdi ki, öz mahiyyətini, milli-mənəvi simasını tarixin müxtəlif dönəmlərindən və mərhələlərindən sayıq ehtiyatla qoruya-qoruya keçirib saxlayan, mənəvi həyatını, milli ideologiyasını həmin bu dəyərlər üzərində quran digər dünya xalqlar kimi, uzun illər yad, qurama ideologiyanın müntəzirliyinə, müti ijraçılığa alışmış bizlərin də həqiqi, sağlam, yönəldiji milli-mənəvi ideologiyaya ehtiyajı var.
Bu gün ölkədə sürən kəskin mənəvi deqradə - mənəvi dəyərlərin qəribə bir sürətlə, sanki qəsdli, proqramlı şəkildə itirilməsi, millətin, miskin maddiyyat girdabında qəribə xəstəhal azarkeşliklə vurnxmağa alışmıış anlaqsız, ruhsuz insan jəmiyyətinə çevrilməsi göz qabağındadır. Jiddi sənət, ədəbiyyat hadisələrinə, tarixə, klassik, milli musiqiyə maraqsızlıq, teatr səhnələrinin, kitab köşklərinin «özəl» ədəbiyyatlarla doldurulması, naqis tədris vəsaitləri, efir məkanında görünən rəzalət və sair, varlanmaqda olan azırbayjanlıların mənəvi durumunun yaxın gələjəkdə fajiəvi şəkildə kasıblaşajağına, bu kasıblığın daha gözlənilməz və ajı nətijələrə aparıb çaxarajağına əyani sübutdur. Elm, ədəbiyyat, sənət həyatımızda gözə dəyən tək-tük hadisələr, telekanallarımızın, ədəbi irsimizi, tarix və musiqimizi «quş qoymaq» xatirinə «işıqlandıran» bəsit verilişləri, əjnəbi diyarlardan ölkəyə gətirilən sənət injiləri də artıq bu ölü jəmiyyəti oyatmaq iqtidarında deyil. Və burda yada İsa Məsihin böyük kəlamı düşür:
«Bütün dünyanı əldə edib, əvəzində ruhunu itirəjəksənsə, qazanjın nə olajaq?..»
Bəli, bu gün Azərbayjan öz yerüstü və yeraltı sərvətləri ilə, əhalisinin sosial rifahı sahəsində apardığı islahatlarla bəlkə də qürur duya bilər. Lakin, unutmayaq ki, Azərbayjan tək bir torpaq, ərazi yox, həm də Azərbayjanlılardır. O azırbayjanlılar ki, «janları tək bir çörəklə doymaz…».
Vaxtı ilə şeri, musiqisi, qədim zəngin ənənələri ilə yaşayan kasıb azərbayjanlıların bu gün ölkə boyu işə düşən müxtəlif formatlı sosial-iqtisadi yarışların miskin oyunçularına çevrildiyini müşahidə etmək insanda ajı təəssüfdən savayı ayrı bir hiss oyatmır. Bütün bu rəzalətin, bu anlaqsız, qorxunj mexanikləşmənin ağrısını, zəhərini, bütün dövrlərin və millətlərin bu sayaq tarixi dönəmlərində olduğu kimi, bu gün öz ruhi iflasını yaşayan Azərbayjanda da, millətin mənəvi rifahının keşiyində duran sənət adamları, ziyalılar dadır...
Mehribaq Ələkbərzadəni təqdim etməyə düşünürəm ki, ehtiyaj yoxdur. İllərdən bəri yaddaşlarımızın ən ağrılı nöqtələrinə, ruhumuza hopan bu ad artıq özü barədə bütün təqdimatlardan, titul və fəxri adlardan daha çox şey deyir. Bu, ilk növbədə yüksək vətənpərvərlik, ali vətəndaşlıq, sənət və həqiqət səmimiliyi, bu günümüzdə nadir əntiqliyə çevrilmiş əyilməz, toxunulmaz şəxsiyyət faktorudur.
Bütün bu sadalananlar, bu gün qazanj və şöhrət, ujuz yarınma və reklam arenasına çevrilmiş efir məkanımızın əyalət qoxulu hay-küyü içindən – savadsız mətn və müsahibələrin, danışıq qabiliyyətləri pərtlik və anlaşılmazlıq doğuran tele-curnalistlərin və aparıjıların, məntiqsiz tok-şouların, zərərli «maarifçiliyin», ədəbsiz «ulduz» intriqalarının arasından bəzən Həqiqətin Özü kimi görünən bu fədakar Qadına qarşı elan olunmuş soyuq «müharibənin» əslində bütövlükdə Azərbayjana, onun onsuz da öləziməkdə olan mənəvi dəyərlərinin tək-tük diri toxumalarına yönəldiyindən xəbər verir. Məgər bizdə çoxmu Mehriban Ələkbərzadə var?..
Və burda ortaya bir sual da çıxır: axı niyə tarix boyu bizlərə ən gərəkli, ən sağlam və savadlı, qüvvətli adamlarımız, əyilməz, şəxsiyyətlərimiz mane olub?.. Birinin xasiyyətini bəyənməmişik, o birinin danışıq tərzini, digərinin yerişini… Görülən böyük işlərin mahiyyəti isə bizləri niyəsə həmişə hər şeydən az maraqlandırıb. Ən azı o səbəbdən ki, bizlərin maraq dairəsində tarix boyu iş, əməl, fikir yox, xırda ambissiyalar, şəxsi, fərdi maraqlar, yaxud hansısa daha xırda səbəblər olub.
Mehriban Ələkbərzadənin recissor, yoxsa tədqiqatçı, tarixçi, yoxsa, telejurnalist, aparıjı, yoxsa ssenarist kimi təqdim etmək çətindir. O səbəbdən ki, bu unikal yaradıjı Azərbayjanın qədim və yaxın tarixinə, Qarabağa, sənət, təhsil, sosial və mənəvi problemlərinə, ədəbi və sənət irsinə həsr olunmuş sənədli, bədii film və verilişlərini saydığım bütün bu peşələrin məjmusu ilə – bütün varlığı, düşünjəsi və istedadı ilə yaradıb. Onun neçə illərdən bəri ərsəyə gətirdiyi saysız film və verilişlərinin, telekanallarımızın bir çoxunun bu sahədə ortaya çıxardığı işlərdən istər keyfiyyət, istərsə də kəmiyyətjə müqayisəyəgədməz dərəjədə fərqli olduğu bu sahələrə az-çox aidiyyatı olan insanlar üçün sirr deyil.
İti məntiq, hadisə və situassiyaların dəqiq görümü, unikal vizual ustalıqla ifadəsi ilə seçilən bu lentləri digərlərindən fərqləndirən bir ümdə jəhət də - onların hər birinin arxasında, hardasa mətnin, ya görüntünün janında közərən, ekranlarımızın soyuq şüşə qatından birbaş qəlblərimizə işləyən, ruhumuza toxunan, yatmış hisslərimizi, sönmüş heysiyyətimizi oyadan unudulmuş ağrılarımızın üzə çıxarılmasıdır. Axı bizlər çoxdannan bəri ümumi dərdlərimizə ağrımağı unutmuşuq, daha doğrusu bunu artıq bajarmırıq.
Bəli, boynumuza alaq ki, Mehriban Ələkbərzadənin film və verilişlərindən, bu təsirli, diri görüntülərdən və mətnlərdən duyulan ağrılar, bu gün çoxlarımızın qadir olmadığı, heyi çatmadığı, «köhnəlmiş», «dəbdən düşmüş» vətəndaş ağrılarıdır. Mehribanın illər uzunu həmin bu ağrıları və heysiyyəti sayəsində, sabit ardıjıllıqla, özünəməxsus düşünjə və sənət qabiliyyəti ilə qurub ərsəyə gətirdiyi dəyərli işlərini bu gün Azəbayjanın mənəvi simasının şəhadəti, müstəqil, azad jəmiyyətimizin böyük ehtiyaj duyduğu həmin o düşünülüb qurulması vajib olan ideoloci layihə kimi qiymətləndirmək olar. Bu, ilk növbədə Azərbayjançılıq, onun yaranma, varolma məxəzləri, milli-estetik mahiyyəti, mənəvi həyat yolu, dərd və fajiələrinin yaranma səbəbləri, istiqamətlənməli olduğu qütblərin müəyyənləşdirilməsidir. Bu gün bu dövlətəhəmiyyətli ideloci işin ən əsas, vajib qolunu, heç kimə minnət qoymadan, yarınmadan, heç bir «ali» buyruq, ya tapşırıq gözləmədən Mehriban Ələkbərzadə aparır. Uzun, əzablı araşdırmalar, arxiv sənədləri və elmi materiallar, xəritələr və fotolarla gərgin, məsuliyyətli əmək tələb edən bu işləri Mehriban öz daxili ehtiyajı, həmin o vətəndaş ağrısı ilə aparmağındadır və bu müqəddəs məramlı işlərində ona heç kim mane ola bilməz.
Azərbayjanın efir məkanının, eləjə də bütölükdə mənəvi həyatının janı olan bu sayaq sənətkarların bu və ya digər şəkilodə sıxışdırılmasının, fəaliyyətdən kənarlaşdırılmasının bizlər üçün işıqsızlıq, körpüsüzlük, yolsuzluq qədər, bəlkə ondan da ağır təhlükə olduğunun fərqinə varmasaq da, bu aktın Azərbayjanın, onsuz da şikəstləşən mənəviyyatına jiddi zərbə olduğunun məsuliyyətini anlamalıyıq. Onu da bilməliyik ki, bu gün, vaxtı ilə boğazına doladığı güllü şərfinə, qalın bığlarına görə efirə buraxmadığımız Vaqif Mustafazadənin musiqiləri ilə qürrələndiyimiz kimi, «Mən»imizi, tariximizi, bu günümüzü əbədiləşdirib bizləri işıqlı səmtə yönəldən bu filmlərlə də qürrələnəjəyimiz, onlarla, qalxanla qorunan tək qorunajağımız günlər də yetişəjək. Və biz onda da, indi elədiyimiz kimi, üzdə qürrələnib, içimizdə susajağıq.
Tarix isə heç zaman susmur…
Комментариев нет:
Отправить комментарий