Yazıçı, dramaturq, əməkdar incəsənət xadimi.
1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktorudur.
Əsərləri rus, ingilis, fransız, alman, polyak, fars, özbək dillərinə tərcümə və nəşr edilib.
«Üçüncü mərtəbədə» (1976), «Şənbə gecəsi» (1980), «Keçid» (1984), "Tək" (1987), «İzdiham» (1991), «Subbotniy veçer» (Moskva 1984) «Azadlıq» (1997), «Yazı» (2005) kitabları nəşr edilib.
«Can üstə», «O məni sevir», «Yol üstə» pyeslərinin müəllifidir.
Q.Q.Markesin «Patriarxın payızı», T.Vulfun «Dünyanın hörümçək toru» romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin «Mövcudluq haqqında həqiqət», Ə.Qəzalinin «Səadət iksiri», «Oğluma məktub», «İlahi bilik», İbn Ərəbinin «Məkkə açıqlamaları» və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
Əsərləri əsasında «Sərçələr» və «Qonaqlıq» televiziya tamaşaları «Gecə», «Cəza» filmləri çəkilib.
“Can üstə”, “O məni sevir” pyesləri “Yuğ” Dövlət teatrında səhnəyə qoyulub.
2001-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan «Avropa şərqşünaslığında qadın yazarlar»).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır.

Haqqında yazılmış elmi işlər:

1. Azərbaycan ədəbiyyatı Avropa tədqiqatının diqqətini cəlb edir. S. Dohan: «Avropa şərqşünaslığında qadın yazarlar” – 2000

2. “Afaq Məsudun nəsri” – 2003

3. «Afaq Məsudun povestləri» - 2005

4. «Afaq Məsudun əsərlərində sənətkarlıq məsələləri» - 2006

5. Fərqanə Zülfüqarova: “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” – 2010


среда, 10 сентября 2008 г.

XİLASIN SONU


İllər uzunu yönsüz, yöndəmsiz icma «qanunlarının» arasıyla cızılıb qanaya-qanaya, yığılıb açıla-açıla, ölüb dirilə-dirilə ilmə-ilmə, naxış-naxış, söz-söz yığıb, hörüb axır ki, başa çatdırdığım İMPERİYAMIN səskeçirməz, üzkeçirməz, şəffaf divarları arasındayam... Burdan - məndən hardasa uzaqlarda lazımsız, ölü bitkilər kimi saralıb-soluxan, getdikcə quruyub uyuqlaşan bu «mötəbər» qanunların, mən dəyib-toxunmadan, özü-özünə ovulub üyülüb harasa daha uzaqlara sovrulduğunu duyuram...



O MƏNİ SEVİR...


Tez-tez, xüsusən axşam saatlarında şəhərin adamlarla dolu qaranlıq küçələrindən ötüb keçdikcə, ara-sıra kəsik şüalarla bərq vurduğumu duyuram...
Mən bərq vururam...



DUYĞU ÇƏKİSİ


Yazı masamın üstündə, dünyasını qəfildən dəyişmiş nakam müəllifdən qalan kimi sakitcə yatan, kağızlarının solğunluğu və dağınıqlığı ilə yarımçıq sevgi məktublarını andıran yarımçıq yazılarıma yaxın düşə bilmədikcə içimdə - ağır ordenlər, dəmir dəbilqəli zirehli geyimlər, yaxud, gilələri bürünc düymələrdən olan dolu üzüm salxımları kimi yan-yana asılıb mən yeridikcə, oturub-qalxdıqca bir-birinə dəyən fikirlərimin, roman və hekayə sonluqlarının cingiltisini eşidirəm... bu ağırçəkili arsenalın yükünə tab gətirmədiyimdən, yerişimin dəyişdiyini, addımlarımın ləngidiyimi duyuram...



YADLAR


Qapılarımızın kilidlərini möhkəm-möhkəm bağlayıb, yeni tanışlarla ehtiyatla davrana-davrana, köhnə dostlarımızı, doğmalarımızı, zaman-zaman dönə-dönə o üz-bu üzə çevirib sınaya-sınaya, halını, xislətini tanımadığımız «yad», «şübhəli» adamlardan qorunduğumuz halda, həmin o tanımadığımız «şübhəli yadların» artıq çoxdannan bəri bizlərlə birgə evlərimizin içində yaşadığından, mehriban gözlərlə üzlərimizə baxıb kövrək, doğma səslərlə bizlərə «ana», «ata» deyə-deyə öz həyatlarını üstümüzdəcə quran övladlarımız olduğundan xəbərsizik...

2 комментария:

  1. Bir vaxt telebe idik.Hamimizin bir arzusu var idi.Yaxsi yazar olmaq.Telebelik illeri tez basa catdi. Lap yuxu kimi.Bir de onda ayildiq ki,heremiz bir terefdeyik.Bir trefde olmagina bir terefde idik.Lakin haminin elinde qelem yox idi. Hami yazar olmagi bacarmamisdi.Lakin sen Afaq Mesud olmagi bacardin.Her halda men de,secdiyim ixtisasa xilaf cixmadim.Seni opurem,Afaq,ugurlarina sevinirem.Elmira,Zaqatala

    ОтветитьУдалить
  2. Salam Afaq xanim, men sizin sadiq :-) oxucunuzam. Sizin ve Simon beauvoir-in yazilari arasinda chox boyuk oxsharliq gorurem. Chox isterdim ki, siz fransizcaya tercume olunasiniz. Duzdu men tercumeci deyilem (huquqsunasam) amma fransizca danisdigim ve fransiz edebiyatindan bir az xeberim oldugu ucun (xususile de muasir edeb.) firkirleshirem ki siz fransiz oxucusuna maraqli olardiniz. men chox istiyirem ki, sizin yazilariniz dunyada oxunsun. Bu sahde nese bir ish gorulubmu? (Turkiyden bashqa) Menim 1-2 fikrim var neylemek olar. Mumkunse sizinkle yazismaq isterdim. email gasimova@yahoo.com. Evvelceden qeyd eliyim ki, hehc bir maddi maragim yoxdu, menevi maragim ise olduqca boyukdu :) sebirsizlikle cavabinizi gozleyecem. Chox sag olun.

    ОтветитьУдалить